DÇ-2022: Serbiya qələbə qazanıb, Polşa və İngiltərə rəqiblərini darmadağın edib

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII tura yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə son olaraq 7 qarşılaşma gerçəkləşib.

Azərbaycan millisinin yer aldığı A qrupunda Lüksemburq Serbiyanı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.

C qrupunda İsveçrə Şimali İrlandiyanı 2:0 hesabı ilə üstələyib.

Avstriya səfərdə Farer adalarını 2:0 hesabı ilə yenibsə, F qrupunun digər matçında Danimarka Moldovanın qapısından 4 cavabsız qol keçirib.

I qrupunda Polşa San Marinonu, İngiltərə isə Andorranı 5:0 hesabı ilə darmadağın edib.

DÇ-2022, seçmə mərhələ
VII tur

A qrupu

A qrupu

20:00. Azərbaycan - İrlandiya - 0:3

Qollar: Kallum Robinson, 7; 39. Çidozi Oqbene, 90

22:45. Lüksemburq - Serbiya - 0:1

Qol: Duşan Vlahoviç, 68

Digər xəbərlər