DÇ-2022: Almaniya və İngiltərə qələbə qazanıb, İspaniya məğlub olub

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IV turun digər görüşləri keçirilib.

"Report"un məlumatına görə, ikinci oyun günündə 5 qrupda 12 qarşılaşma baş tutub.

B qrupunda İspaniya səfərdə İsveçə 1:2 hesabı ilə məğlub olub, Kosovo isə Gürcüstanı minimal hesabla üstələyib - 1:0.

Avropa çempionu İtaliya Bolqarıstanın müqavimətini qıra bilməyib - 1:1. C qrupunun digər matçında Litva evdə Şimali İrlandiyaya uduzub - 1:4.

I qrupunda mübarizə aparan İngiltərə seçməsi Macarıstana 4:0 hesabı ilə qalib gəlib, J qrupundakı Almaniya isə Lixtenşteyn səfərindən qələbə ilə qayıdıb - 2:0.

DÇ-2022, seçmə mərhələ
IV tur

B qrupu

20:00. Gürcüstan - Kosovo - 0:1

Qollar: Davit Khoçolava, 18 (avtoqol)

22:45. İsveç - İspaniya - 2:1

Qollar: Alexander Isak, 6. Viktor Claesson, 57 - Karlos Soler, 5

Xal durumu: İsveç - 3 (3 oyuna) İspaniya - 7 (4), Kosovo - 3 (3) Yunanıstan - 2 (2), Gürcüstan - 1, (4)

Digər xəbərlər