Niderlandlı mütəxəssis Covanni van Bronkhorst "Feyenoord" klubunun yeni baş məşqçisi olacaq.
"Report" ESPN-ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin Rotterdam təmsilçisi ilə bağlanacaq müqaviləsinin müddəti 2 il təşkil edəcək.
O bu vəzifədə Robin van Persini əvəzləyəcək. C. V. Bronkhorst 2025/2026 mövsümünü "Liverpul"da (İngiltərə) Arne Slotun məşqçilər heyətində keçirib. O, yeni klubuna həmin komandada birlikdə çalışdığı Sipke Hulşoffu da gətirəcək.
Niderland millisinin sabiq futbolçusu 2015-2019-cu illərdə də "Feyenoord"a rəhbərlik edib və 2017-ci ildə komandaya ölkə çempionluğunu qazandırıb.
Qeyd edək ki, Rotterdam təmsilçisi Erediviziyada 2025/2026 mövsümünü 2-ci pillədə başa vurub.