Sosial media UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gələn azarkeşlər və oyunu ölkədən kənarda izləyənlərin şərhləri ilə aşıb-daşır.
"Report" BBC-yə istinadən həmin şərhlərin ən maraqlılarını təqdim edir:
@omaakatugba adlı "Twitter" istifadəçisini "Çelsi" (Chelsea) klubunun yerli azarkeşlərinin çıxışı valeh edib.
"Çelsi azarkeşlərinin əla çıxışı. Onlar İngiltərədən gələnlər deyil, yerlidirlər. Heyrətamiz. #Baku".
@NickDixonITV adlı istifadəçi isə pul məsələsinə toxunub: "£1000 uçuş üçün və £40 matça bilet üçün... #Baku -ya #UELfinal -na bu səhər uçmağa hazırlaşan #Arsenal azarkeşləri deyirlər ki, onlar bu məbləğin ikiqat çoxunu da məmnuniyyətlə ödəyərdilər!"
@Paul_CFC_ adlı istifadəçi Londonun Luton aeroportunda Bakıya yola düşməyə hazırlaşan azarkeşlər kütləsinin fotosunu yerləşdirib: "Luton aeroportu bu səhər#Baku"
@tersiered adlı xanım istifadəçi bacısının təkbaşına Londondan Bakıya gəlib çatdığından yazıb.
"#bbcfootball bacım Mary sevimli @ChelseaFC #bestbluesfanever klubunu alqışlamaq üçün Londondan Bakıya özü, təkbaşına gəlib".
@arutherfordNI adlı istifadəçini Bakı metrosu valeh edib.
"#Baku-da gözəl metro stansiyası. Əla şəhərdir".
@SiPhillipsSport adlı "Çelsi" klubunun azarkeşini onun sevimli klubunun bayraqlarının Bakıda asılması sevindirib.
"Həm quruda, həm də dəniz üzərində! #Baku hörmətə layiq