UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun birinci oyun gününə yekun vurulub.
"Report"un məlumatına görə, gecənin mərkəzi görüşü İspaniyada "Barselona" və Almaniya "Bavariya"sı arasında keçirilib. Görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qollardan ikisini 2020-ci ilin ən yaxşı futbolçusu Robert Levandovski vurub.
Kriştianu Ronaldunun qol vurmasına baxmayaraq, hazırkı klubu İngiltərə "Mançester Yunayted"i İsveçrədə "Yanq Boyz"a 1:2 hesabı ilə uduzduğu halda, keçmiş komandası İtaliya "Yuventus"u İsveçdə "Malmö"nü darmadağın edib.
Qitənin ən nüfuzlu klub turnirinin qalibi "Çelsi" İngiltərədə Rusiya "Zenit"ini minimal hesabla yenib.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur
14 sentyabr
E qrupu
23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:3
Qollar: Tomas Müller, 34. Robert Levandovski, 56; 85