Çempionlar Liqası: "Real Madrid" və "Bavariya" səfərdə qələbə qazanıb - VİDEO

Bakı. 4 aprel. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. 

"Report"un məlumatına görə, ilk oyun günündə hər iki qarşılaşma qonaqların qələbəsi ilə və 3 qolla yekunlaşıb.

İtaliyada üz-üzə gələn ötənilki finalçılar "Yuventus"la İspaniya "Real Madrid"i arasındakı qarşılaşmada yenə böyük hesab qeydə alınıb. Amma bu dəfə "kral klubu" 4:1 yox, 3:0 hesabı ilə qalib gəlib. Qollardan 2-ni Kriştianu Ronaldu, digərini isə Marselo vurub. "Qoca Sinyora"dan isə Paulo Dibala iki dəfə sarı vərəqə alaraq, meydandan qovulub.

/iframe>

İspaniyanın digər təmsiçisi "Sevilya" isə evdə Almaniya "Bavariya"sına uduzub. Hesabı meydan sahibləri açsalar da, qonaqlar 2 dəfə fərqlənərək, qələbəyə nail olublar.

/iframe>

Bununla da aprelin 11-də keçiriləcək cavab görüşləri böyük ölçüdə formallığa çevrilib.

Qeyd edək ki, 1/4 final mərhələsinin daha 2 ilk oyunu bu gün keçiriləcək. İspaniyada "Barselona" İtaliya "Roma"sını, İngiltərədə isə "Liverpul" "Mançester Siti"ni sınağa çəkəcək. 

Digər xəbərlər