UEFA Çempionlar Liqasının qrup mərhələsində I turun daha 6 oyunu keçirilib.
"Report"un məlumatına görə, bütün qarşılaşmalarda qapılara 2 və daha artıq qol vurulub.
Gecənin maraqla gözlənilən matçı Fransada PSJ və İtaliya "Yuventus"u arasında baş tutub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun növbəti sensasiyası F qrupunda qeydə alınıb. "Leyptsiq" Almaniyada Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına 1:4 hesabı ilə uduzub.
F qrupunda mübarizə aparan turnirin son qalibi İspaniya "Real Madrid"i Şotlandiyada "Seltik"ə böyük hesabla qalib gəlib. G qrupunda isə İngiltərənin "Mançester Siti" klubu İspaniyada "Sevilya"nı darmadağın edib.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
6 sentyabr
E qrupu
20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) - 1:0
Qol: Mislav Orşiç, 13
23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya) - 1:1
Qollar: Noa Okafor, 28 - Aleksis Salemakers, 40
Xal durumu: "Dinamo" (Zaqreb) - 3. "Milan" - 1. "Zaltsburq" - 1. "Çelsi" - 0
F qrupu
23:00. "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:4
Qollar: Məhəmməd Simakan, 57 - Maryan Şved, 16; 58. Mixail Mudrik, 76. Lassina Traore, 85
23:00. "Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya) - 0:3
Qollar: Vinisius Junior, 56. Luka Modriç, 60. Eden Azar, 77
Xal durumu: "Şaxtyor" (Donetsk) - 3. "Real Madrid" - 3. "Leyptsiq" - 0. "Seltik" - 0