Çempionlar Liqası: "Leyptsiq" və "Atalanta" 1/4 finalda - FOTO - VİDEO

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə Almaniya və İspaniyada iki matç keçirilib. Bu görüşlərdə qapılara ümumilikdə 10 top vurulub. "Leyptsiq" öz meydanında İngiltərə "Tottenhem"ini darmadağın edib. İlk iki qolu Marsel Zabitser, üçüncüsünü isə Emil Forsberq vurub.

"Valensiya" isə İtaliya "Atalanta"sından ilk görüşdəki böyük hesablı məğlubiyyətin əvəzini çıxa bilməyib. Üstəlik, "Atalanta" cavab oyunundan də qalib ayrılıb. "Mestalya" stadionunda koronavirus təhlükəsi ilə əlaqədar boş tribunalar önündə keçirilmiş matçda qonaq komandanın 4 qolunun hamısını Yosip İliçiç vurub. 32 yaşlı sloveniyalı yarımmüdafiəçi ilk yarıda penaltilərlə, fasilədən sonra oyun vəziyyətindən fərqlənib. Bununla da İliçiç Çempionlar Liqası matçlarında səfərdə 3-dən çox qol vuran ən yaşlı futbolçu ünvanına sahib çıxıb.  

Beləliklə, "Leyptsiq" və "Atalanta" tarixlərində ilk dəfə Çempionlar Liqasının 1/4 finalına yüksəlib. 

Çempionlar Liqası
1/8 final, cavab görüşləri
11 mart
00:00. "Leyptsiq" (Almaniya) - "Tottenhem" (İngiltərə) - 3:0
Qollar: Marsel Zabitser, 10; 21. Emil Forsberq, 87

Leyptsiq, "Red Bull Arena"
Baş hakim: Karlos del Serro (İspaniya)
İlk oyun - 1:0

Digər xəbərlər