Çempionlar Liqası: "Barselona" və PSJ yarımfinala vəsiqə qazanıb

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşləri başlayıb.

"Report" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Barselona” Dortmundda “Borussiya”nın, PSJ isə İngiltərədə “Aston Villa”nın qonağı olub.

"Barselona" və PSJ bu dəfə rəqiblərinə uduzsalar da, iki oyunun nəticəsinə əsasən yarımfinala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

“Borussiya" (Dortmund, Almaniya) - “Barselona” (İspaniya) 3:1

İlk oyun - 0:4.

“Aston Villa” (İngiltərə) - PSJ (Fransa) 3:2

İlk oyun - 1:3.

Qeyd edək ki, bu raundun digər cavab matçları aprelin 16-da keçiriləcək.

Xəbər lenti

Tovuzda fərdi evdə yanğın olub 24 aprel, 2025 / 23:42