"Barselona" və "Ayaks"dan darmadağın, "Liverpul" "Napoli"yə uduzub

UEFA Çempionlar Liqasının qrup mərhələsində I tura yekun vurulub.

"Report"un məlumatına görə, son 6 qarşılaşmanın hər birində qapılara qol vurulub.

Gecənin sensasiyası A qrupunda qeydə alınıb. Ötən mövsümün finalçısı olan İngiltərə "Liverpul"u İtaliyada "Napoli"yə böyük hesabla uduzub.

C qrupunda İspaniya "Barselona"sı evdə Çexiyanın "Viktoriya" (Plzen) komandasını darmadağın edib. Almaniya "Bavariya"sı isə İtaliyada "İnter"ə 2 cavabsız qolla qalib gəlib.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

7 sentyabr

A qrupu

20:45. "Ayaks" (Niderland) - "Reyncers" (Şotlandiya) - 4:0

Qollar: Edson Alvares, 17. Stiven Bergeys, 32. Məhəmməd Kudus, 34. Stiven Berqveyn, 80

23:00. "Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə) - 4:1

Qollar: Pyotr Zelinski, 5 (penalti); 47. Andre Zambo-Angissa, 31. Covanni Simeone, 44 - Luis Dias, 49

İstifadə olunmayan penalti: Viktor Osimhen, 18 ("Napoli")

Xal durumu: "Ayaks" - 3. "Napoli" - 3. "Liverpul" - 0. "Reyncers" - 0

Digər xəbərlər