"Çelsi" Timo Verneri transfer etdi - RƏSMİ

İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi Almaniya "Leyptsiq"indən Timo Verneri transfer edib. 24 yaşlı almaniyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Keçidin digər detalları açıqlanmayıb. Forvard tibbi müayinədən sonra iyulda "Çelsi"yə qoşulacaq. 

Qeyd edək ki, Timo Verner 2019/2020 mövsümündə "Leyptsiq"in heyətində 43 oyun keçirib, 32 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. 

Digər xəbərlər