İngiltərənin "Çelsi" klubu futbolçusu Pedru Netu ilə müqavilənin müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə London təmsilçisi məlumat yayıb.
26 yaşlı vingerin yeni sözləşməsi 2032-ci ilin yayınadək qüvvədə olacaq.
Xatırladaq ki, Portuqaliya millisinin üzvü 2024-cü ildən "Çelsi"də çıxış edir.