"Çelsi"nin yarımmüdafiəçisi karyerasını İspaniyada davam etdirə bilər

İngiltərənin "Çelsi" klubunun argentinalı yarımmüdafiəçisi Entso Fernandes karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

"Report"un "TBR Football"a istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi ilə Madridin iki klubu - "Real" və "Atletiko" maraqlanır.

Futbolçunun da bu klublardan birinə keçmək arzusunda olduğu bildirilib.

Qeyd edək ki, E.Fernandes cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 35 oyunda 5 qola, 9 məhsuldar ötürməyə imza atıb. Onun "Çelsi" ilə hazırkı müqaviləsinin müddəti 2032-ci ilə qədərdir. "Transfermarkt" portalı yarımmüdafiəçinin dəyərini 75 milyon avro qiymətləndirir.

Xəbər lenti