İngiltərənin "Çelsi" klubunun qapıçısı Eduard Mendi də karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.
Onun sözlərinə görə, 31 yaşlı qolkiper "Əl-Əhli" ilə anlaşıb. Seneqallı oyunçu ilə 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Eduard Mendi 2020-ci ildən London təmsilçisinin uğurları üçün çalışıb. O, "zadəganlar"la Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.