İngiltərənin "Çelsi" klubunun yarımmüdafəçisi Koul Palmer evdə ayağından zədələnib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu səbəbdən Çempionlar Liqasının V turunda "Barselona"ya (İspaniya) qarşı oyunu buraxacaq.
O, evdə olarkən ayaq barmağı sınıb.
Qeyd edək ki, 23 yaşlı Palmer bu mövsüm 10 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçu "Çelsi"nin Çempionlar Liqasının IV turunda "Qarabağ"a qarşı keçirdiyi matçda da meydana çıxmamışdı.