Çeçenistan və Azərbaycan klubları arasında yoldaşlıq oyunu keçiriləcək

Bakı. 14 iyun. REPORT.AZ/ Çeçenistanın "Axmat" klubu Avstriyada ilk yay toplanışında iki yoldaşlıq oyunu keçirəcək.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Oleq Kononovun yetirmələri iyunun 15-də "Qəbələ", 5 gün sonra isə Azərbaycan çempionu "Qarabağ"la qarşılaşacaq.

"Axmat"ın ilk təlim-məşq toplanışı iyunun 20-dək davam edəcək.

Digər xəbərlər