Canni De Byazi daha 2 klubun məşqini izlədi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və köməkçiləri bu gün Bakı Olimpiya Stadionunda olub.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, onlar "Zirə" və "Keşlə" komandalarının məşq prosesini izləyiblər.

Qeyd edək ki, italiyalı mütəxəssis daha əvvəl "Qarabağ", "Neftçi" və "Sabah" komandalarının məşqinə də baxıb.

Digər xəbərlər