Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirəcək

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

“Report” xəbər verir ki, V qrupda yer alan Samir Ələkbərovun rəhbərlik etdiyi kollektiv Kosova yığmasını qəbul edəcək.

Beş gün əvvəl “Dalğa Arena”da Almaniya kollektivinə 0:7 hesabı ilə uduzan milli üçün bu görüş təsəlli xarakteri daşıyır.

Daha əvvəl rəqib meydanında Almaniyaya 1:6, səfərdə İsrailə, evdə isə İrlandiyaya 1:3 hesabı ilə məğlub olan yığma ilk qələbə, ən azı bir xal arzusundadır.

Kosova ilə görüş millinin baş məşqçisi S.Ələkbərov üçün sonuncu ola bilər. Yaşar Vahabzadənin istefaya göndərilməsindən sonra bu posta 3 oyunluq gətirilən 49 yaşlı mütəxəssislə əməkdaşlığın davam etdiriləcəyi inandırıcı görünmür.

AVRO-2019-un seçmə mərhələsi, V qrup

14 noyabr

18:00. Azərbaycan - Kosovo

Baş hakim: Roomer Tarajev

Baş hakimin köməkçiləri: Hannes Reinvald, Neeme Neemlaid

Dördüncü hakim: Eiko Saar

Bakı. “Dalğa Arena”

Xal durumu: İrlandiya - 10, Almaniya - 9, İsrail - 7, Kosova - 6, Norveç - 5, Azərbaycan - 0.

Digər xəbərlər