Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
"Report" xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarının hakim-inspektoru olacaq.
A.Xudiyev B Liqasının 5-ci qrupunda Niderland, Şimali Makedoniya, Moldova və Farer adaları milliləri arasında keçiriləcək matçlarda fəaliyyət göstərəcək.
Qrupun qarşılaşmaları martın 25-31-i aralığında Niderlandda təşkil olunacaq.