Bəhlul Mustafazadə əməliyyat olunub

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.

"Report" xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.

B.Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.

Digər xəbərlər