Azərbaycanlı futbolçunun klubu "Qalatasaray"a məğlub olub

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə Kubokunda "Qalatasaray"a 1:4 hesabı ilə məğlub olub.

"Report" xəbər verir ki, C qrupunun II turunun qarşılaşmasında hesabı 11-ci dəqiqədə V.İsgəndərli açıb.

"Sarı-qırmızılar"ın heyətində fərqlənən Alvaro Morata (21), Eyüp Aydın (44), Yusuf Dəmir (72) və Ahmed Kutucu (75) qələbədə pay sahibi olublar.

Digər xəbərlər