17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq.
"Report" xəbər verir ki, IX qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
"Park de Sport" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qarşılaşmanı Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.
11 oktyabr
20:00. İsrail (U-17) - Azərbaycan (U-17) "Park de Sport" stadionu
Hakimlər: Marius Hansen Qrotta, Henrik Pettersen Sunde (hər ikisi Norveç), Nikolya Duran, Gilyom Paradis (hər ikisi Fransa).