Azərbaycanın minifutbol millisi dünya çempionatında növbəti mərhələyə vəsiqəni təmin edib

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Misir ilə üz-üzə gəlib.

Qarşılaşma komandamızın 4:1 hesablı qələbəsi ilə bitib. Qolları Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar.

Beləliklə, milli növbəti mərhələyə vəsiqəni təmin edib.

Qeyd edək ki, Azərbaycan seçməsi ilk matçda İraqı 2:0 hesabı ilə üstələyib. Yığma oktyabrın 31-də Küveytlə qarşılaşacaq.

Digər xəbərlər