Bakı. 11 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda XXVII turun “Zaqatala”- “Turan Tovuz” oyunu 30-cu dəqiqədən etibarən dayandırılıb.
"Report"un Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, buna Zaqatalada müşahidə olunan güclü yağış səbəb olub.
Qarşılaşma sabah saat 12:00-dan etibarən qaldığı yerdən davam etdiriləcək.