Bakı. 14 dekabr. REPORT.AZ/ AFFA-nın Futbol Akademiyasında yığma komandalarda və klublarda çalışan həkimlər üçün seminar keçirilir.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dərslər Azərbaycan millisinin həkimi Vyaçeslav Xomenkonun rəhbərliyi altında aparılır.
Dekabrın 15-də yekun vurulacaq seminarda bir sıra məsələlərlə yanaşı, dopinqlə mübarizə sahəsində vacib olan tədbirlər barədə məlumat verilib. Həkimlərə Ümumdünya Antidopinq Agentliyinin təsdiq etdiyi idmançılar üçün qadağan olunmuş preparatların siyahısı da açıqlanıb.