2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edən klubların uşaq-gənclər sektoruna ayrılan maliyyə vəsaiti açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub.
Sözügedən mövsümdə klubların uşaq-gənclər sektoruna 6 milyon 622 min 262 manat vəsait ayrılıb.
Qeyd edək ki, 2023/2024 mövsümündə bu rəqəm 5 milyon 811 min 726 manat olub.