Azərbaycan yığmasının rəqibləri müəyyənləşib

Bakı. 21 dekabr. REPORT.AZ/ Gələn il yanvarın 7-də Rusiyanın Sankt-Peterburq şəhərində 1999-cu il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasında FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə təşkil olunan XXIX ənənəvi beynəlxalq turnirdə Azərbaycan yığmasının qrup mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. 

"Report"un məlumatına görə, yığma komanda ilk oyununu Litvaya qarşı keçirəcək.

Qarşılaşma yanvarın 9-da baş tutacaq. Ardınca Qazaxıstan və Slovakiya yığmamıza rəqib olacaq.

9 yanvar

13:00. Azərbaycan-Litva

11 yanvar

13:00. Azərbaycan-Qazaxıstan

13 yanvar

15:15. Azərbaycan-Slovakiya

Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Digər xəbərlər