Azərbaycan Premyer Liqasının hakimləri üçün təlim-məşq toplanışı Mingəçevirdə olacaq

Bakı. 8 dekabr. REPORT.AZ/ “Azərbaycan Premyer Liqasının hakimləri qışda xaricdə təlim-məşq toplanışı keçməyəcək”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik Mingəçevirdə hazırlıq keçməyi məqsədəuyğun sayıb. Toplanış isə fiziki hazırlığın yüksəldilməsi məqsədilə təşkil olunacaq.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32
Barselona Vilyarrealı məğlub edib 22 noyabr, 2026 / 21:20