Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində sabah keçiriləcək "Neftçi” – "Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.
"Report"un paytaxt klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq biletlərin qiyməti də açıqlanıb.
VİP yerlərə biletlərin qiyməti 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sumqayıt” oyunu saat 17:30-da başlayacaq.