7 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan premyer Liqasında XX turun son oyunları keçirilib. "Report"un məlumatına görə, turun son oyun günündə 2 qarşılaşma baş tutub.
Turnir cədvəlinin hazırkı lideri "Qarabağ" doğma meydanda "Bakı"nı qəbul edib. Tofiq Bəhramov adına Republika Stadionunda keçirilən qarşılaşmada meydan sahibləri qələbəyə sevinib - 4:1.
Günün və turun son qarşılaşmasında isə "Xəzər Lənkəran" və "İnter" komandaları üz-üzə gəlib. Lənkəranda baş tutan görüşdə isə paytaxt təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Premyer Liqa, XX tur
"Qəbələ" - AZAL 0:1
"Neftçi" - "Simurq" 0:0
"Qarabağ" - "Bakı" 4:1
"Xəzər Lənkəran" - "İnter" 1:2
Qeyd edək ki, Premyer Liqada 9 komanda olduğundan "Sumqayıt" bu tur heç bir oyun keçirməyib.
| O | Q | H | M | T-F | X | ||
| 1 | Qarabağ | 17 | 11 | 4 | 2 | 33-18 | 37 |
| 2 | İnter | 17 | 7 | 9 | 1 | 26-7 | 30 |
| 3 | Neftçi | 17 | 7 | 6 | 4 | 20-14 | 27 |
| 4 | Simurq | 18 | 7 | 4 | 7 | 27-22 | 25 |
| 5 | AZAL | 17 | 6 | 5 | 6 | 21-26 | 23 |
| 6 | Qəbələ | 18 | 5 | 7 | 6 | 21-25 | 22 |
| 7 | Xəzər Lənkəran | 17 | 5 | 5 | 7 | 22-22 | 20 |
| 8 | Sumqayıt | 17 | 4 | 4 | 9 | 19-27 | 16 |
| 9 | Bakı | 18 | 2 | 4 | 12 | 14-42 | 10 |