Azərbaycan Premyer Liqasında ən çox qırmızı vərəqə alan komandalar bəlli olub - ARAŞDIRMA

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə futbolçuları ən çox qırmızı vərəqə ilə cəzalandırılan komandalar bəlli olub.

"Report"un araşdırmasına əsasən, "Neftçi" bu siyahıda liderdir.

"Ağ-qaralar"ın oyunçuları 33 tur ərzində 5 dəfə qırmızı vərəqə ilə üzləşiblər.

"Kəpəz" 4 qırmızı vərəqə ilə ikinci pillədə yer alıb. "Sabah", "Qəbələ" və "Sumqayıt" isə hər biri 3 qırmızı vərəqə ilə sonrakı sıraları bölüşüblər.

"İmişli" və "Şamaxı"nın oyunçuları 2 dəfə bu cəza ilə rastlaşıblar.

"Araz-Naxçıvan", "Zirə", "Turan Tovuz", "Qarabağ" və "Karvan-Yevlax"ın futbolçuları isə mövsüm ərzində 1 dəfə qırmızı vərəqə alıblar.

Qeyd edək ki, statistikada həm ikinci sarı vərəqəyə, həm də birbaşa qırmızı vərəqəyə görə meydandan uzaqlaşdırılanlar nəzərə alınıb.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32
Barselona Vilyarrealı məğlub edib 22 noyabr, 2026 / 21:20