Azərbaycan millisinin sabiq futbolçusu II Liqa klubu ilə vidalaşıb

Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev II Liqa təmsilçisi "Sheki City" ilə vidalaşıb.

Bu barədə "Report"a bölgə klubunun mətbuat xidmətindən bildirilib.

36 yaşlı hücumçu ilə yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

Qeyd edək ki, Şəki komandası hazırda II Liqanın turnir cədvəlində 25 xalla 4-cü pillədə qərarlaşıb.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32
Barselona Vilyarrealı məğlub edib 22 noyabr, 2026 / 21:20