Azərbaycan millisinin futbolçusu "Qalatasaray"a transfer olunub

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nazlıcan Parlak Türkiyənin "Qalatasaray" klubuna transfer olunub.

"Report" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Nazlıcan Parlakın son klubu "Fənərbağça" olub.

Digər xəbərlər