Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Radomyak” klubunda ilk qolunu vurub.
“Report”un məlumatına görə, 25 yaşlı hücumçu komandadakı debüt matçında fərqlənib.
Forvard çempionatın XXIII turunda “Vidzev”lə heç-heçə etdikləri (1:1) qarşılaşmanın 90-cı dəqiqəsində rəqib qapısına yol tapıb. O, 80-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, fevralın 24-də “Radomyak” Renat Dadaşovu heyətinə qatdığını açıqlamışdı.