Bakı. 19 noyabr. REPORT.AZ/ 17 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, Azərbaycan milli komandası Belçika, Çexiya və Gürcüstanla birgə 6-cı qrupda mübarizə aparacaq.
Ümumilikdə 11 seçmə qrup üzrə oyunlar gələn il 1 avqust - 31 oktyabr aralığında keçiriləcək.
Qeyd edək ki, elit raund 2016-cı ilin yazında, Belarusda keçiriləcək final mərhələsi isə həmin ilin 4 - 16 may aralığında baş tutacaq.