Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib

Misli Premyer Liqasının VIII turunda "Sabah" səfərdə "Qəbələ" ilə qarşılaşıb.

"Report" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda qonaqlar 4:0 hesablı qələbəyə seviniblər.

Qolları Abdulla Xaybulayev (45+2), Aleksey İsayev (74, 90+3) və Coy Lens Mikels (88) vurublar.

Hazırda "Sabah" 19 xalla turnir cədvəlinə başçılıq edir. 4 xala malik "Qəbələ" isə onuncudur.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib.

Digər xəbərlər