Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının Norveç və Çexiya ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki qarşıdakı görüşlərə 23 oyunçu çağırıb.
| ADI, SOYADI | KLUB |
| Kamran Ağayev | Boavişta (Portuqaliya) |
| Anar Nəzirov | Zirə FK |
| Səlahət Ağayev | İnter |
| Tərlan Quliyev | İnter |
| Maksim Medvedev | Qarabağ |
| Bədavi Hüseynov | Qarabağ |
| Rəşad Sadıqov | Qarabağ |
| Pavel Paşayev | Stal (Ukrayna) |
| Məhəmməd Mirzəbəyov | Qəbələ |
| Arif Daşdəmirov | Qarabağ |
| Ruslan Abışov | İnter |
| Rahid Əmirquliyev | Qarabağ |
| Qara Qarayev | Qarabağ |
| Dmitri Nazarov | Ertsgebirge Aue (Almaniya) |
| Rəhman Hacıyev | Neftçi |
| Araz Abdullayev | Neftçi |
| Eddi İsrafilov | Kadis (İspaniya) |
| Emin Mahmudov | Boavişta (Portuqaliya) |
| Ağabala Ramazanov | İnter |
| Ruslan Qurbanov | Qəbələ |
| Namiq Ələsgərov | Qarabağ |
| Ramil Şeydayev | Trabzonspor(Türkiyə) |
| Rauf Əliyev | İnter |
Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç matçı saat 20:00-da başlanacaq. Çexiya ilə səfər matçı isə bundan 3 gün sonra Ostrava şəhərindəki "Vitkovitse Arena"da təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.