Azərbaycan klubu 3 futbolçusu ilə müqavilə müddətini uzadıb

Azərbaycan I Liqasında çıxış edən "Zaqatala" klubu 3 futbolçusu ilə müqavilə müddətini uzadıb.

Bu barədə "Report"a bölgə təmsilçisinin mətbuat ximətindən məlumat verilib. 

Kənan Müslümov, Roini İsmayılov və Sərxan Abdullayevlə yenidən 1 illik anlaşma imzalanıb.

Qeyd edək ki, I Liqaya sentyabrın 11-də start veriləcək. "Zaqatala" ilk turda "Cəbrayıl"la qarşılaşacaq. 

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31