UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
"Report"un məlumatına görə, 4 qarşılaşmadan yalnız birində qalib müəyyənləşməyib.
Turnirin iddialı komandalarından İngiltərə "Mançester Yunayted"i İspaniyada "Qranada"nı 2:0 hesabı ilə məğlub edib. Qolları 11-ci dəqiqədə Markus Reşford və 90-cı dəqiqədə penaltidən Brunu Fernandeş vurublar.
İngiltərənin digər təmsilçisi "Arsenal" Londonda Çexiyanın "Slaviya" (Praqa) kollektivi ilə matçda qələbəni son dəqiqələrdə əldən verib - 1:1
"Ayaks" Niderlandda İtaliya "Roma"sına 1:2 hesabı ilə uduzub. Görüşdə hesabı 39-cu dəqiqədə Devi Klassenin qolu ilə Amsterdam təmsilçisi açsa da, "canavarlar" 57-ci dəqiqədə Lorenzo Pelleqrininin, 87-ci dəqiqədə isə İbanyesin vurduğu qollarla səfərdə vacib qalibiyyət əldə edib.
İspaniya "Vilyarreal"ı isə Xorvatiyada Zaqreb "Dinamo"suna minimal hesabla qalib gəlib. Qonaqların qoluna 44-cü dəqiqədə penaltidən Jerar Moreno imza atıb.
Avropa Liqası, 1/4 final
İlk oyunlar
23:00. "Qranada" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2
Qollar: Markus Reşford, 31, Brunu Fernandeş, 90 (penalti)