UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
"Report" xəbər verir ki, Almaniyanın avrokubokda mübarizəni davam etdirən yeganə təmsilçisi “Ayntraxt” İngiltərənin “Çelsi” komandasını qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 23-cü dəqiqədə Luka Yoviç hesabı açsa da, 45-ci dəqiqədə Pedro Rodriges bərabərlik qolunu vurub.