Avropa Liqası: Almaniya klubları qələbə qazanıblar

UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, turnirin favoritlərindən Almaniya "Leyptsiq"i evdə Şotlandiya "Reyncers"ini qəbul edib. "Red Bull Arena"dakı görüşün taleyini 1 qol həll edib. 85-ci dəqiqədə fərqlənən Anxelinyo meydan sahiblərinə qələbə qazandırıb.

Gecənin digər qarşılaşmasında İngiltərə "Vest Hem"i eyniadlı stadionda Almaniya "Ayntraxt"ını sınağa çəkib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 1-ci dəqiqədə Frankfurt təmsilçisindən Ansqar Knauff vurub. 21-ci dəqiqədə meydan sahiblərindən Maykl Antonio hesabı bərabərləşdirib. Son nöqtəni isə 54-cü dəqiqədə "Ayntraxt"dan Daiti Kamada qoyub.

UEFA Avropa Liqası, yarımfinal

İlk oyunlar

28 aprel

23:00. "Leyptsiq" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:0

Qol: Anxelinyo, 85

Baş hakim: Benua Bastyen (Fransa)

Leyptsiq, "Red Bull Arena"

Digər xəbərlər