AVRO-2024-ün seçmə mərhələsinin I turunda növbəti oyunlar keçirilib.
“Report”un məlumatına görə, B, E, F və G qruplarında ilk matçlar baş tutub.
F qrupunda yer alan Azərbaycan millisi səfərdə Avstriya yığmasına uduzub - 1:4. Digər qarşılaşmada Belçika səfərdə İsveçdən güclü olub - 3:0.
Son dünya çempionatının finalçısı Fransa millisi isə Niderlandı 4 cavabsız qolla üstələyib.
Azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi görüşdə Bolqarıstan evdə Monteneqroya yenilib - 0:1
AVRO-2024, seçmə mərhələ
I tur
24 mart
B qrupu
Cəbəllütariq – Yunanıstan - 0:3
Qol: Giorgos Masouras, 11. Emmanouil Siopis, 45. Anastasios Bakasetas, 58
Fransa - Niderland - 4:0
Qollar: Antuan Qrizman, 2. Dayot Upamekano, 8. Kilian Mbappe, 21. 88
Xal durumu: Fransa - 3, Yunanıstan - 3. İrlandiya - 0, Cəbəllütariq - 0, Niderland - 0