"Atletiko"nun müdafiəçisi UEFA Çempionlar Liqası oyununu buraxacaq

İspaniyanın "Atletiko" klubunun futbolçusu Kleman Lanqle Niderlandda PSV-yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda iştirak etməyəcək.

"Report" Madrid təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi kollektivlə birlikdə səfərə yollanmayıb.

O, "Atletik"ə uduzduqları (0:1) La Liqa matçında zədələndiyi üçün qarşılaşmanı buraxacaq.

Əvəzində Conni Kardozo sıraya dönüb.

Qeyd edək ki, PSV - "Atletiko" oyunu dekabrın 9-da keçiriləcək.

Digər xəbərlər