Bakı. 2 aprel. REPORT.AZ/ Madridin "Atletiko" klubu futbol üzrə İspaniya Primerosunun 30-cu tur matçında "Deportivo"ya qalib gəlib.
“Report” xəbər verir ki, Madridin "Vanda Metropolitano" stadionunda keçirilən görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Matçda yeganə qolun müəllifi madridlilərin fransalı hücumçusu Kevin Qameyro olub. O, 34-cü dəqiqədə penaltidən fərqlənib.
Otuz turdan sonra aktivində 67 xal olan “Atletiko” ikinci pillədə qərarlaşıb. “Deportivo” 20 xalla axırıncı yerdədir. Çempionatın sonuna 8 tur qalımış lider "Baselona”dır.