"Arsenal" İngiltərə millisinin futbolçusu Ezri Konsanı transfer etmək istəyir

"Arsenal" klubu İngiltərə millisinin futbolçusu Ezri Konsanı heyətinə qatmaq istəyir.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

"Topçular" "Aston Villa"da çıxış edən 28 yaşlı müdafiəçi ilə yayda müqavilə imzalamaq niyyətindədir.

Ölkə çempionu Uilyam Salibanın uzunmüddətli zədə səbəbindən yaşıl meydanlardan kənar qalmasının ardından müdafiə xəttini möhkəmləndirmək məqsədilə mümkün transferləri fəal şəkildə nəzərdən keçirir.

Xatırladaq ki, hazırda İngiltərə millisi ilə dünya çempionatında çıxış edən Ezri Konsa ötən mövsüm "Aston Villa" forması ilə 47 oyuna 2 qol vurub və komanda ilə UEFA Avropa Liqasının qalibi olub.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32
Barselona Vilyarrealı məğlub edib 22 noyabr, 2026 / 21:20