Arsen Venger karyerasını hələ başa vurmağı düşünmür

Bakı. 25 aprel. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Arsen Venger karyerasını hələ başa vurmayacağını açıqlayıb. 

"Report"un məlumatına görə, 69 yaşlı mütəxəssis klub televiziyasına açıqlamasında mövsümün sonunda komandadan ayrıldıqdan sonra istirahət barədə düşünmədiyini deyib:

"Düzü, nə edəcəyimi bilmirəm. Mən "Arsenal"dan ayrılandan sonra da işləməyə davam edəcəyəm".

Qeyd edək ki, Arsen Vengerin adı Fransanın PSJ klubu və Fransa milli komandası ilə hallanır. 

Digər xəbərlər

İnter yeni transferini açıqlayıb 26 yanvar, 2026 / 16:56