"Araz-Naxçıvan" "Turan Tovuz"la yoxlama oyunu keçirəcək

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında yaranacaq fasilə ilə əlaqədar futbolçulara üçgünlük istirahət verib.

Naxçıvan təmsilçisindən "Report"a verilən məlumata görə, komanda üzvləri oktyabrın 11-də bir araya gələcəklər və məşqlərini Bakıda davam etdirəcəklər.

"Araz-Naxçıvan" oktyabrın 14-də "Turan Tovuz"la yoxlama oyunu keçirəcək. Görüşün məkanı və başlama saatı hələlik bəlli deyil.

Digər xəbərlər