Bakı. 20 noyabr. REPORT.AZ/ Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində Azərbaycanı təmsil edən “Araz” klubu noyabrın 19-da ikinci oyununa çıxıb.
"Report" xəbər verir ki, təmsilçimiz Çexiyanın Pardubice şəhərindəki “CEZ Arena Pardubice” kompleksində Rusiyanın “Dina” komandası ilə qarşılaşıb.
Oyun Rusiya təmsilçisinin 5:4 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Araz" ilk oyunda da meydanı məğlub tərk etmişdi.