AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və yeri açıqlanıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantı noyabrın 3-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İclasda Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərlə bağlı müzakirə aparılacaq.

Qeyd edək ki, AFFA yığmanın hazırkı baş məşqçisi Robert Prosineçki ilə müqaviləni uzatmayacağını açıqlayıb. 

Digər xəbərlər