AFFA İntizam Komitəsi "Səbail"i cərimələyib

Bakı. 19 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Səbail" klubunu 2400 manat məbləğində cərimələyib. 

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb Azərbaycan Premyer Liqasının XVII turunda keçirilmiş "Sabah"la ev matçının klubun səhlənkarlığına görə gec başlamasıdır. 

Görüşün birinci hissəsi 3, ikinci yarısı isə 9 dəqiqə gec start götürüb. Bununla bağlı Hakimlər Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub. 

Qeyd edək ki, qarşılaşma "Səbail"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Digər xəbərlər